İran Fransanın Vilpent şəhərində terror aksiyası hazırlaması ittihamını qəti şəkildə rədd edir

3-10-2018, 07:16           
İran Fransanın Vilpent şəhərində terror aksiyası hazırlaması ittihamını qəti şəkildə rədd edir
Rəsmi Tehran Fransanın Vilpent şəhərində terror aksiyası hazırlaması ittihamını qəti şəkildə rədd edir və həbs olunan 2 nəfər iranlı diplomatın təcili olaraq azad olunmasını tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəram Qasemi oktyabrın 2-də keçirdiyi mətbuat konfransinda deyib.

Xatırladaq ki, Fransanın daxili və xarici işlər nazirlikləri birgə bəyanatla çıxış edərək Əsadulla Əsədi və Səid Haşemi adlı iranlı diplomatların Vilpent şəhərində terror aksiyası hazırladıqlarını bildirmişlər. Hər iki diplomat cari ilin iyul ayında Almaniyanda həbs olunublar. Oktyabrın birində isə Bavariya məhkəməsi diplomatların Belçikaya ekstradisiya edilməsi haqqında qərar qəbul edib. Bu şəxslər Fransa və Avropanın bəzi şəhərlərində terror aksiyası hazırlamaqda ittiham olunurlar.

B. Qasemi baş verən hadisəni İrana qarşı növbəti təxribat kimi qiymətləndirib və bu işin Fransa ilə İranın münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tərəfindən hazırlandığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru