Fransanın daxili işlər naziri istefa verdi
3-10-2018, 07:22

Fransa Daxili İşlər Naziri Jerar Collomb istefa etdiyini və xələfinin müəyyən edilməsi halında bu günkü Nazirlər Kabineti toplantısına qatılmayacağını açıqlayıb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, istefası prezidenti Emmanuel Makron tərəfindən qəbul olunmadığı qeyd olunan Collomb, "Le Progres" qəzetinin tərkibində olan "Ebra Media Qrupu"na bəyanat verib.
Collomb, "Bəli, Liona qayıdıram. Prezidentə (Macron), vətəndaşların vəziyyətinin aydınlaşdırılması istiqamətində bir gözləntilərinin olduğunu dedim. Həyatım boyu dediyim hər şeyi etdim. İndi prioritetim, lionlulara xidmət etməkdir" deyərək, istefa qərarının qəti olduğunu vurğulayıb.
Yerinə keçəcək şəxsin müəyyənləşdirilməsi halında vəzifəsini səhər erkən saatlarda təslim edə biləcəyini dilə gətirən Collomb, "Əgər texniki səbəblərə görə 24 və ya 48 saat gözləməyim lazımdırsa, vəzifədə davamlılığı təmin etmək məqsədilə (bu gün keçiriləcək) Nazirlər Kabineti görüşünə gəlim" deyib.
Jerar Collomb, Parisdən çox daha əvvəl bələdiyyə sədri vəzifəsində işlədiyi Lionu sevdiyini və daxili işlər nazirliyi vəzifəsinə gətirildikdən sonra yerinə keçən Jorj Kepenekianın istefasını təklif etdiyini qeyd edərək, qanuni proses qoyularaq bu vəzifəyə yenidən başlayacağı siqnalını verib.