Putin 5 milyardlıq silah müqaviləsi imzalayacaq

3-10-2018, 08:53           
Putin 5 milyardlıq silah müqaviləsi imzalayacaq
Hindistana 5 milyard dollar dəyərində S-400 sistemlərinin göndərilməsinə dair müqavilə Putinin Hindistana səfəri zamanı imzalanacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri Yuri Uşakov bəyanat verib.

Uşakov görüşdə hərbi əməkdaşlığa daha çox diqqət ediləcəyini söyləyib:

"Bu, bizim əməkdaşlığımızın fəal mahiyyətlərindən biridir. Ölkələr arasında hərbi məqsədlə inkişaf etdirilmiş məhsulların birgə istehsalı aparılır. Bu səfərin açar nöqtəsi S-400 raket sistemlərinin göndərilməsi haqqında müqavilənin imzalanması olacaq. Müqavilənin dəyəri 5 milyard dollardan çoxdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru