Vertolyotla həbsxanadan qaçan qanqster yaxalandı
3-10-2018, 15:35

Ötən gecə Fransa polisi iyul ayında vertolyotla həbsxanadan qaçan residivist Reduana Faidi yaxalayıb.
Bu barədə RTL kanalı məlumat yayıb. Məlumata görə, üç ay azadlıqda qala bilən qanqster dogma şəhəri – Parisin şimalındakı Kreyl bölgəsində ələ keçib. Onunla birgə daha 6 nəfər – qardaşı Raşid və iki yaxın qohumu da həbs edilib. Mənzildən silah-sursat da aşkarlanaraq götürülüb.
Qeyd edək ki, 25 il həbs cəzası almış 46 yaşlı Faid iyulun 1-də gündüz saatlarında həbsxanadan qaça bilib. Məhbusun qaçışı dustaqlar üçün nəzərdə tutulan görüş zamanı baş verib. Faid silahlı şəxslərin yardımı ilə vertolyotla qaça bilib.
Residivist R.Faid Fransanın ən məşhur cinayətkarlarından biri hesab olunur. O, 1990-cı illərdə Fransada baş verən silahlı basqın, qarət, hədə-qorxu yoluyla pul tələb etmə və bu kimi ağır cinayətlərdə iştirak edib. İlk dəfə 1998-ci ildə həbs olunub. Səkkiz il öncə törətdi soyğunçuluğa görə isə bu ilin aprelində 25 il azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Faid 2013-c ildə də “uğurlu qaçış” cəhdi edib. O, zaman qanqster keşikçiləri girov götürüb və həbsxananın divarlarını partladıb. Ay yarım sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb.