İŞİD lideri əl-Bağdadinin kiçik oğlu öldürülüb - FOTO

3-10-2018, 19:42           
İŞİD lideri əl-Bağdadinin kiçik oğlu öldürülüb - FOTO
İŞİD terror təşkilatı lideri Əbu-Bəkr əl-Bağdadinin kiçik oğlu Rusiya təyyarələrinin hava zərbələri nəticəsində ölüb.

SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Britaniyanın Daily-Mail qəzeti məlumat verib.

İraq Ordusunun komandiri Cabbar əl-Məmurinin verdiyi məlumatlara istinad edən qəzet bu gün dərc etdiyi xəbərdə bildirib ki, 22 sentyabrda Rusiya təyyarələrinin Suriyaya hava zərbələri nəticəsində əl-Bağdadinin kiçik oğlu ölüb.

Qeyd edək ki, ötən iyul ayında əl-Bağdadının digər oğlu Hüzeyfə əl-Bədrinin ölməsi haqda xəbərlər yayılmışdı. O zaman bildirilib ki, Hüzeyfə əl-Bədri Homs əyalətində elektrik stansiyasına endirilən hava zərbəsi zamanı məhv edilib.

Qeyd edək ki, Əbu-Bəkr əl-Bağdadinin (İbrahim Əvvad İbrahim Əli əl-Bədri əs-Samirrai) özünün öldürülməsi haqda bir neçə dəfə xəbərlər yayılıb. Lakin onların heç biri rəsmi təsdiqini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru