BMT məhkəməsi İranın ABŞ-a qarşı iddiası ilə bağlı qərarını verdi

3-10-2018, 22:15           
BMT məhkəməsi İranın ABŞ-a qarşı iddiası ilə bağlı qərarını verdi
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İrana qarşı sanksiyalarının təxirə salınması ilə bağlı İranın ABŞ-a qarşı iddiasına dair ilkin qərarını verib.

İranlı deputatlar Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim elədikləri iddia ərizəsində, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq eləmək qərarının 1955-ci ildə Birləşmiş Ştatlarla İranın imzaladığı dostluq sazişini pozduğunu bildirmişdilər.

Həmin sənəddə iki ölkə arasında “dostluq münasibətləri” qurulmasına çağrılır, qarşılıqlı ticarət və investisiya həvəsləndirilir, diplomatik münasibətlər tənzimlənir. Həmin saziş Vaşinqtonla Tehranın münasibətlərinin yaxşı olduğu, 1979-cu il İslam İnqilabından çox əvvəl imzalanıb.

Haaqa Məhkəməsinin qəbul elədiyi qərara görə, ABŞ-ın İrana qarşı məlum sanksiyaları humanitar yardımlara və mülki aviasiya ilə bağlı mallara şamil olunmamalıdır.

Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramına dair müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını və həmin ölkəyə qarşı birtərəfli sanksiyaları tam həcmdə bərpa etdiklərini bildirmişdi.

“Hüquq zəfəri”

İranın xarici işlər naziri Cavad Zərif isə bu qərarları “sanksiyalar üçün məğlubiyyət, hüququn aliliyinin zəfəri” kimi qiymətləndirib və deyib: “Beynəlxalq ictimaiyyət ABŞ-ın birtərəfli siyasətinə kollektiv şəkildə qarşı durmalıdır”.
Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.