Nobel Mükafatının münsiflər heyətinin üzvü 19 qadına təcavüz etdiyi üçün 2 il azadlıqdan məhrum edildi

4-10-2018, 07:29           
Nobel Mükafatının münsiflər heyətinin üzvü 19 qadına təcavüz etdiyi üçün 2 il azadlıqdan məhrum edildi
Nobel Mükafatının münsiflər heyətinin üzvlərindən biri olan, fotoqraf Jan Klod Arnault təcavüz etməkdə ittiham edilərək 2 il azadlıqdan məhrum olunub.

Nobel mükafatlarının açıqlandığı bir zamana təsadüf edən təcavüz qalmaqalının İsveç Akademiyasına necə təsir edəcəyi maraq mövzusu olub.

Opena.z BBC News-a istinadən xəbər verir ki, İsveçdə məhkəmə Nobel Mükafatındakı qalmaqalın mərkəzindəki ad olan Fransız fotoqraf Jan Klod Arnaulta təcavüz cinayətindən 2 il həbs cəzası verib.

İsveçdə nəşr olunan "Dagens Nyheter" qəzetinin ilin əvvəlində yayımladığı xəbərdə, Akademiya üzvü şair Katarina Frostensonun həyat yoldaşı Jan Klod Arnaultun 7 dəfə, Nobel Mükafatını qazanan şəxslərin adını əvvəlcədən ictimaiyyətə sızdırdığı iddia edilib.

Stokholmda İsveç Akademiyası ilə maliyyə bağları olan bir mədəniyyət mərkəzini işlədən Fransız fotoqraf Arnault, İsveçin Vəliəhd Şahzadəsi Viktoriyanın da aralarında olduğu, 19 qadına cinsi təcavüz etməkdə günahlandırılıb. Bu insanlar arasında akademiya üzvlərinin xanımları və qızlarının da yer aldığı iddiası irəli sürülüb.

Qalmaqaldan sonra akademiya üzvü Piter Englund, Klas Ostergren və Kjell Espmark istefa vermişdi. Daha sonra da akademiyanın daimi katibi Sara Danius istefasını təqdim etmişdi.

Akademiya, qalmaqal üzərində Nobel Ədəbiyyat Mükafatının verilməsinin təxirə salındığını açıqlamışdı.

Açıqlamada, mətbuat orqanlarında öz əksini tapan və bəzi akademiya üzvləri ilə ailələrinin adının qarışdığı iddialardan sonra ictimaiyyətində quruma qarşı duyulan etimadının azalması səbəbiylə qərar alındığı, 2018 Nobel Ədəbiyyat Mükafatı sahibinin adını, 2019 mükafatını kazananla eyni vaxtda açıqlanacağı bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.