Bill Qeyts 24 il ərzində ilk dəfə olaraq Forbes siyahısına başçılıq etmir

4-10-2018, 07:42           
Bill Qeyts 24 il ərzində ilk dəfə olaraq Forbes siyahısına başçılıq etmir
“Forbes” “Ən zəngin amerikalılar” siyahısının növbəti buraxılışını yayımlayıb. Trend-in məlumatına görə, siyahıya “Amazon”un banisi Ceff Bezos başçılıq edir.

Bezosun sərvəti 160 milyard dollar məbləğində, Qeytsin sərvəti isə 97 milyard dollar məbləğində dəyərləndirilib.

Siyahıda ilk onluq aşağıdakı kimidir:

1. Ceff Bezos - 160 milyard dollar

2. Bill Qeyts - 97 milyard dollar

3. Uorren Baffet - 88,3 milyard dollar

4. Mark Tsukerberq - 61 milyard dollar

5. Larri Ellison - 58,4 milyard dollar

6. Larri Peyc - 53,8 milyard dollar

7. Çarlz Koç - 53,5 milyard dollar

8. Deyvid Koç - 53,5 milyard dollar

9. Sergey Brin - 52,4 milyard dollar

10. Maykl Blumberq - 51,8 milyard dollar

ABŞ prezidenti Donald Tramp siyahıda 3 pillə geriləyərək 259-cu yerdə qərarlaşıb. Onun sərvəti ötən il olduğu kimi 3,1 milyard dollar qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru