Ölkəni sarsıdan cinayət - 15 yaşlı qızı asdılar/Foto
4-10-2018, 08:03
Hindistanda 15 yaşlı qız ona təcavüz etmək istəyən 3 nəfərə müqavimət göstərdiyi üşün qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətinin Mainpuri kəndində yaşayan Suvita Yadav adlı məktəbli evə dönərkən 3 oğan tərəfindən zorakılığa məruz qalıb. Oğlanların istədiyini verməyən qız əvvəlcə döyülüb, sonra asılaraq öldürülüb.
Kəndlilər təcavüzkarları yaxalayaraq polisə təslim ediblər.