Bu ölkələri quraqlıq gözləyir - PROQNOZ

4-10-2018, 08:25           
Bu ölkələri quraqlıq gözləyir - PROQNOZ © Sputnik / Natalya Seliverstova
DÜNYA
01:24 04.10.2018Qısa URL10 0 0
Bəzi quraqlıq bölgələrində vəziyyət yaxşılaşacaq, bəziləri isə quaqrlıqdan əziyyət çəkəcək.
Bu ölkələri quraqlıq gözləyir - PROQNOZ
Quraqlıq təhlükəsi gözlənilən ölkələrin adları açıqlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, klimatoloqlar planetdə tempratur dərəcəsinin 2 dərəcə qalxacağı təqdirdə Yer kürəsində təhlükəli quraqlığın baş verəciyini bildiriblər. Məlumata görə, 117 milyon insan su çatışmazlığı ilə qarşılaşacaq. Qlobal istiləşmə dünyanın buxarlanma və küləklər dövrünü dəyişəcək və onları daha da intensivləşdirəcək. Bu da təbiətdə suyun paylanmasına təsir edəcək. Bəzi quraqlıq bölgələrində vəziyyət yaxşılaşacaq, bəziləri isə quraqlıqdan əziyyət çəkəcək.

Alimlərin hesablamalarına görə, Cənub-Şərqi və Şimali Asiya, Cənubi Afrika, Cənub Avropa, Aralıq dənizi, Şərqi və Şimal-Qərbi Kanada, Qrenlandiya, İslandiya və Alyaskada bir dərəcə tempratur artımı belə quraqlığa səbəb ola bilər.

Əgər tempratur yarım dərəcə belə artsa quraqlıq Asiyanın digər regionlarına, Şərqi və Qərbi Afrika və Mərkəzi Avropa ölkələrində də müşahidə ediləcək.

Klimatoloqların sözlərinə görə, qlobal istiləşmə milyonlarla insanın həyatına mənfi təsir edəcək. İstiləşmə nə qədər çox olsa, daha geniş ərazilər hava fəlakətlərindən əziyyət çəkəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru