Rusiyada hər 5 şirkətdən 1-i batır

4-10-2018, 22:08           
Rusiyada hər 5 şirkətdən 1-i batır
Rus biznesmenlərinə vurulan ağır zərbə - şirkətlər zərər edir.
“Kommersant.az” xəbər verir ki, Rusiyanın Vergilər Nazirliyindən verilən məlumata görə, ötən il Rusiya şirkətlərinin 19%-i zərər edib. Belə ki, nazirlikdən verilən maliyyə hesabatına əsasən gəlir və çıxarları nəzərə alınarsa, demək olar ki, hər 5 şirkətdən 1-i zərərdədir.

Ekspertlərin fikrinə görə, bunun səbəbi müəyyən qədər iqtisadi böhran, müəyyən qədər isə vergi fırıldaqçılığıdır. Belə ki, şirkətlərin böyük əksəriyyəti ili sıfır gəlir və xərclə başa vurur. Vergilərin son zamanlar artırılması isə rus biznesmenlərinə vurulan ağır zərbə olub. Yəni bəzi şirkətlər bağlanmasa belə, artıq işləməsinin bir əhəmiyyəti yoxdur.

Məsələn, gəlirləri 35 milyard rubl olan bir neçə şirkətin hesabatı təhlil edilərkən müəyyən olunub ki, il boyu gəliri 51,2 milyon rubl olan şirkətin xərcləri 50,2 milyon rubldur. Halbuki vergilərin artırılmasına qədər sözügedən şirkətin gəliri 6 milyon rubl olub.

Qeyd edək ki, analoji hal bir sıra şirkətlərdə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru