İraqda İŞİD üzvlərinə hərbi təlim keçən sabiq hərbçiyə edam hökmü oxunub

4-10-2018, 22:35           
İraqda İŞİD üzvlərinə hərbi təlim keçən sabiq hərbçiyə edam hökmü oxunub
Bağdadın Ağır Cinayətlər Məhkəməsi İŞİD üzvlərinə hərbi təlim keçən sabiq hərbçi haqda edam hökmü çıxarıb.

Teref.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın Sumariya Agentliyi məlumat verib.

Bildirilib ki, edama məhkum edilən sabiq ordu hərbçisi Mosul zəbt edilən zaman İŞİD sıralarında döyüşdüyünü, İŞİD üzvlərinə hərbi təlim keçdiyini və silah-sursatların İŞİD-in ön cəbhələrinə çatdırdığı haqda ciddi etiraflar edib.

Həmçinin edama məhkum edilən sabiq hərbçinin istintaqında məlum olub ki, Mosul və ətrafı zəbt edilən zaman, orduya aid silah-sursatın bir qismini o aşkarlayaraq, İŞİD-ə göstərib.

Qeyd edək ki, İraqın Cinayət Məcəlləsinin terrorla mübarizə haqda qanununun 4-cü maddəsi terror törədənlərin habelə ona yardım edənlərin edama məhkum edilməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru