Tramp KİV-in onun Rusiya və KXDR-ə münasibəti haqqında xəbərlərinə qəzəblənib

5-10-2018, 08:03           
Tramp KİV-in onun Rusiya və KXDR-ə münasibəti haqqında xəbərlərinə qəzəblənib
ABŞ prezidenti Donald Tramp yerli kütləvi informasiya vasitələrinin onun Rusiya və KXDR-ə münasibətləri haqqında xəbərlərindən hiddətlənib.

"Report" RT-ə istinadən xəbər verir ki, o, bu barədə fikirlərini Minnesotda, tərəfdarları qarşısında çıxışında ifadə edib.

Dövlət başçısı qeyd edib ki, "saxta" KİV-lər onun Rusiyaya qarşı münasibətini çox mehriban, KXDR-ə qarşı münasibətini isə çox sərt adlandırıblar. "Onlar bildiriblər ki, mən Rusiyaya qarşı çox mehriban, Şimali Koreyaya qarşı olduqca sərt olmuşam", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Bununla yanaşı, Tramp bildirib ki, əgər o, Rusiyaya münasibətdə "kobud" olsaydı, onda KİV-də dövlət başçısının Rusiyaya münasibətdə "çox sərt olması" xəbər verilərdi.

"Bütün bunlar saxta xəbərlərdir", - deyə Tramp fikirlərini tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru