İsrail Suriyada hədəfləri Moskvadan daha yaxşı izləyir.
TİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, İsrail Rusiya ilə soyuq müharibə dövründəki şəraitə qayıtmaq istəmir:
“Biz gələn həftə Suriyadakı fəaliyyətimizin koordinasiyası ilə bağlı hərbi konsultasiyalara başlayacağıq. Suriyada hədəflər fərqlidir. Bizim burada məqsədimiz xalqımızı qorumaqdır. Rusiya isə tamamilə başqa məqsədlər güdür. İsrail özünə qarşı fəaliyyətləri heç bir zaman cəzasız qoymur”.