Putin Şröyderin 5-ci toyuna getməkdən imtina etdi

5-10-2018, 11:54           
Putin Şröyderin 5-ci toyuna getməkdən imtina etdi
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Herhard Şröyderin toy mərasiminə getməkdən imtina edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Şröyder Cənubi Koreyadan olan Kim So Yenlə evlənir. Onların toy mərasimi bu gün baş tutacaq. Bu, 74 yaşlı kanslerin artıq 5-ci evliliyi olacaq.

Bundan öncə “Bild” qəzeti Putinin Şröyderin nikahında iştirak edəcəyi ilə bağlı məlumat yaymışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.