Rusiyada qorxuda: Milliyyətçilər bu tarixdə hücuma keçir...

6-10-2018, 07:10           
Rusiyada qorxuda: Milliyyətçilər bu tarixdə hücuma keçir...
Ukraynanın paytaxtı Kiyevdə 14 oktyabr tarixində neo-nasistlarin marşı baş tutacaq.

Axar.az “Reqnum”a istinadən xəbər verir ki, keçiriləcək marşda “Azadlıq”, “Milliyyətçi korpus”, “Sağ sektor”, “Ukraynalı milliyyətçilərin Konqresi”, “Ukraynalı milliyyətçilərin təşkilatı”, “C14” və digər bu kimi radikal milliyyətçi blok və təşkilatların iştirak edəcəyi gözlənilir.

Məlumata görə, marş yerli vaxtla 16:00-da Şevçenko Universitetinin qarşısında baş tutacaq. Daha sonra iştirakçılar şəhərin mərkəzinə - Maydana doğru hərəkət edəcək və Ukrayna Üsyançı Ordusunun marşının oxunması üzrə rekordun qırılmasına cəhd göstərəcəklər.

Bundan əlavə, bildirilir ki, milliyyətçilər həmin tarixdə Ukraynada müqəddəs provaslav kilsələrə - Kiyev-Peçerski və Poçayevsku-Lavra hücum təşkil edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru