Lənkəranskinin dostu, mafiya kralı, bircə gün də içəridə olmayan müəmmalı - Kaxa

7-10-2018, 10:49           
Lənkəranskinin dostu, mafiya kralı, bircə gün də içəridə olmayan müəmmalı - Kaxa
Rusiyanın məşhur “lenta.ru” saytı gürcü “qanuni oğru” Kaxaber Parpaliya haqda məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, Kaxa Qalskiy ləqəbli kriminal avtoritet hazırda Rusiyanın ən varlı və ən nüfuzlu “qanuni oğrusu”dur.

Sərvəti bir neçə yüz milyon dollar olan Kaxaber Parpaliya rus kriminal aləmində bütün avtoritetlərlə əlaqə qurub. Maraqlı fakt isə onun oğru adı qazansa da heç bir zaman həbsxanada yatmaması və məhkum edilməməsidir.

“Qanuni oğru” adını nə cür alması hazırda sual doğursa da, saytın araşdırmasına əsasən Parpaliya rus mafiyasının kralı hesab edilir.

Qeyd edək ki, gürcü kriminal avtoritetin əsrin əvvəllərində azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski ilə də münasibətləri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru