Ölkənin şimalında şiddətli yağışlar: rabitə kəsildi, ölənlər var - VİDEO

7-10-2018, 14:48           
Ölkənin şimalında şiddətli yağışlar: rabitə kəsildi, ölənlər var - VİDEO
İranın şimalındakı Mazandaran əyalətində yağan şiddətli yağışlar nəticəsində yaranan sel daha 2 nəfərin həyatına son qoyub.

Unikal.org xəbər verir ki, bu barədə əyalətin təcili tibbi yardım mərkəzi məlumat yayıb.

Yerli mətbuat yazır ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri aşıb və əyalətin kəndlərinə elektrik enerjisinin verilməsi, telefon rabitəsi kəsilib, məktəblər bağlanıb. Sel nəticəsində yolların və körpülərin sıradan çıxması kəndlərdəki insanlara yardım göstərməyi çətinləşdirib. Hadisə yerində çalışan müvafiq strukturların əməkdaşları insanları təxliyə edirlər.

Mazandaran əyalətində yaranan sel nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə İranın Press TV kanalı məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru