"İnterpol" başçısı istefa verib

8-10-2018, 08:02           
"İnterpol" başçısı istefa verib
"İnterpol" prezidenti Men Hunvey istefa verib.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq təşkilatın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur: "Bu gün, oktyabrın 7-də, "İnterpol"un Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Hunveydən "İnterpol" prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir".

Qaydalara əsasən, qurumun yeni başçısı baş vitse-prezident Kim Çon Yan olacaq. Yeni prezident seçkiləri isə qurumun Baş Assambleyasının sessiyası çərçivəsində, BƏƏ-də 18-21 noyabr tarixlərində seçiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru