Avropada 5 hava yolu şirkəti iflas etdi
8-10-2018, 09:01

Azur Air (Almaniya), Small Planet (Almaniya), VLM (Belçika) və Skywork Airlines (İsveçrə) hava yollarından sonra indi də Danimarka-Latviya mənşəli Primera Air iflas edib.
2003-ci ildə qurulmuş olan Primera Air-in doqquz təyyarəsi vardı və ən son Şimali Amerikaya uçuşlar həyata keçirirdi. Sentyabr ayının sonunda rəsmi olaraq iflasını açıqlayan Azur Air-in ən son olaraq yalnız tək bir Boeing 737 təyyarəsi ilə fəaliyyət göstərdiyi məlum olub.
Azur Air, qısa bir müddət əvvəl iflas edən Small Planet Almaniya şirkətinin isə dörd Airbus A320 və iki Airbus A321-i vardı. Belçikalı VLM-dən isə yeganə təyyarə uçur. Avqust ayın sonunda fəaliyyətlərinə son verən Belçikalı VLM Airlines, bütün təyyarələrindən imtina edərək yalnız bir ədəd Fokker 50-ni saxlayıb. Ancaq şirkət iflasdan sonra tək qalan o təyyarəni də uçurmayıb. Regional uçuşlar edən İsveçrəli Skywork Airlines, yenə avqustun sonuna doğru fəaliyyətlərinə son qoyaraq 11 min sərnişini mağdur edib.
Müxalifət.az