ABŞ-da 2020-ci il prezident seçkiləri üzrə ilk müzakirələr yazda keçiriləək

9-10-2018, 07:19           
ABŞ-da 2020-ci il prezident seçkiləri üzrə ilk müzakirələr yazda keçiriləək
ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədlərin ilk ictimai müzakirələri, ehtimal ki, səsvermə günündən il yarım öncə, gələn ilin yazından aparılmağa başlanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Demokratlar Partiyasının xadimi, ABŞ-ın sabiq prezidenti Barak Obamanın sabiq müşaviri Devid Akselroda istinadən "2020 Elections Central" internet-portalı məlumat yayıb.

"Ən gec yazın əvvəlində müzakirələr baş tutacaq. Hesab edirəm ki, ən çox ehtimal edilən vaxt – gələn ilin birinci rübüdür. Demokratlar Partiyasında düşünürlər ki, bu işi uzatmaq olmaz, bundan əlavə, potensial namizədlər arasında da eyni əhval-ruhiyyə hökm sürür", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru