İraqda nazir olmaq istəyənlərin CV göndərməsi tələb olunur

9-10-2018, 07:28           
İraqda nazir olmaq istəyənlərin CV göndərməsi tələb olunur
İraqda yeni hökuməti quracaq Adel Abdel Mehdi nazir olmaq istəyənlər üçün internetlə namizədlik müraciətinin açıldığını bildirib.

Trend-in məlumatına görə, Adel Abdel Mehdi konstitusiyada nazirlər kabinetində yer almaq istəyən hər kəsi özü haqqında elektron məlumat göndərməsini istəyib.

Müraciətlər cümə axşamı gününə qədər qəbul olunacaq.

Xatırladaq ki, Prezident Bərham Saleh Adel Abdel Mehdi ilə görüşündə yeni hökumətin qurulması barədə tapşırıq verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru