Tramp BMT-dəki daimi nümayəndəsinin istefasını qəbul edib. ABŞ prezidenti Donald Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasını qəbul edib.
Bu barədə “Axios” məlumat yayıb. Heylinin BMT-dəki səlahiyyətlərinin nə zaman bitəcəyi isə məlum deyil.
Qeyd edək ki, Heyli ötən həftə istefa istəyini Donald Trampa bildirib. Amerikanın yüksək çinli məmurları bu istefa tələbinə təəccübləndiklərini gizlətməyiblər.(qafqazinfo.az)