ABŞ Prezidenti Nikki Heylinin istefasına münasibət bildirib 9-10-2018, 21:01 Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasına münasibət bildirib.“Report” “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Prezidenti N.Heylinin hələ 6 ay əvvəl vəzifədən gedəcəyini ona bildirdiyini deyib.Onun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu ilin sonunda istefaya gedəcək.D.Tramp həmçinin N.Heylinin Ağ Evdə vəzifəyə təyin olunacağını istisna etməyib: “O, mükəmməl işləyirdi”.Qeyd edək ki, N.Heyli 2017-ci il yanvarın 27-dən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır. Facebook-da paylaş