“Yaxın Şərqdə baş verənlər hamısı bizim günahımızdır” - ABŞ prezidentliyinə namizəd
5-10-2015, 13:27
FaktXeber.com-un verdiyi məlumata görə, Respublikaçıların öndə gedən namizədi Donald Tramp Vaşıngtonun Yaxın Şərqlə bağlı siyasətini kəskin tənqid edib.
O, NBC telekanalına müsahibəsində deyib ki, Səddam İraqda, Qəzzafi Liviyada olarkən vəziyyət daha yaxşı və stabil idi. Suriyada Bəşşar Əsədlə təhlükəsizlik qat-qat yaxşı olub. Hazırda isə Vaşınqton Suriyada Əsəddən daha pis olanları dəstəkləməkdədir.
ABŞ prezidentliyinə namizəd, deyib: “Əgər biz Liviyanın hazırkı durumuna və bizim bu ölkədə atdığımız addımlara nəzər etsək, bu ölkədə hansı biabrçılıqlar törətdiyimizin şahidi olarıq. İraq və Səddam Hüseynin başına açdığımız oyunlar da oxşar idi. İndi isə istəyirik eyni biabrçı vəziyyəti Suriyada meydana gətirək.”