ABŞ hətta layihə iştirakçılarına sanksiya tətbiq etsə belə, Şimal axını–2 reallaşacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya İqtisadiyyat naziri Aleksandr Novak deyib.
“Biz hesab edirik ki, sanksiyalar olmayacaq. Əgər bu baş versə, layihə yenə baş tutacaq. Orada yerləşdirmə çoxdan başlayıb. Müəyyən edilən parametrlərə və plana görə, işlər 2019-cu ilin sonuna yekunlaşmalıdır”, - deyə nazir bildirib.