Rusiya Azərbaycan şəhərini bombaladı - 200 nəfərimiz öldü

5-10-2015, 15:48           
Rusiya Azərbaycan şəhərini bombaladı - 200 nəfərimiz öldü
Rusiyanın döyüş təyyarələrinin Suriyanın türkmən bölgələrində həyata keçirdiyi əməliyyatlar zamanı 200 mülki vətəndaş həlak olub.

Avropa.info xəbər verir ki, Suriya türkmən məclisinin müşavirə heyətinin üzvü və Bayırbucak bölgəsindən məsul olan Ömər Ceren Rusiyanın Suriyadakı əməliyyatları ilə bağlı açıqlama verib.

O Rusiyanın başlatmış olduğu əməliyyatlarla Əsədi dar ağacından xilas etdiyini söyləyib. Ölkədə, son günlərdə rejimə qarşı irəliləyiş olduğunu vurğulayan Ceren spzlərinə belə davam edib:

"Müxaliflər, Humus-Dəməşq yolunu nəzarətə almaq ərəfəsində idi. Ğuta bölgəsinin şimalındakı mühasirənin yarılmasına az qalmışdı. Bunun kimi bir çox nöqtədə rejim tərəfdarları zəifləyirdi. Rusiya vaxtında verilmiş bu dəstəklə Əsədi dar ağacından xilas etdi."

Rusların, hava hücumlarının İŞİD-ə qarşı olduğu yönündəki xəbərlərin uydurma olduğunu söyləyən Ceren bombardman olunan İdlib, Hələb və Laziqiyyə çölündə İŞİDin olmadığını, bu hücumlar zamanı 3 gündə 200 mülki vətəndaşın həlak olduğunu bildirib. Bombardman zamanı əsasən xəstəxanalar və vətəndaşların kütləvi yaşadığı yerlər hədəf götürülüb.

Ceren Rusiyanın Türkiyə sərhədindəki bəzi sakit kəndlərə də 20-yə yaxın hava hücumu təşkil etdiyini söyləyib.

"Həmin bölgələrdə yaşayan minlərlə adam təlaş içindədir. Kəndlərdə yanğınlar var. Kimisi evlərini, çadırlarını tərk edir. Hücumlar davam etsə, türkmənlərin kütləvi köçü başlayacaq."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.