Tanzaniyalı məşhur biznesmen Məhəmməd Dyuci oğurlanıb. 43 yaşlı biznesmen Dar-əs-Salam şəhərində yoxa çıxıb.
Məlumata görə, iş adamı otellərdən birinin idman zalında məşq edərkən naməlum şəxslər tərəfindən qaçırılıb. Hadisə ilə əlaqədar şəhərin giriş-çıxışı bağlanıb, polis əməkdaşları səfərbər ediliblər.
Qeyd edək ki, Məhəmməd Dyuci Afrikanın ən gənc milyarderidir. Onun varidatı 1,5 milyard dollar həcmindədir. Teref.az