ABŞ Müdafiə Nazirliyi “F-35”in qırıcılarının bütün uçuşlarını dayandırdı –Səbəb

11-10-2018, 22:06           
ABŞ Müdafiə Nazirliyi “F-35”in qırıcılarının bütün uçuşlarını dayandırdı –Səbəb
ABŞ Müdafiə Nazirliyi “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırıb.

“Military Times” portalı xəbər verir ki, mütəxəssislər həmin təyyarələrin yanacaq sistemində nasazlıq ola biləcəyini düşünürlər. Ona görə də istər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələri yoxlanılacaq. Bunun üçün 24 saatdan 48 saatadək vaxt sərf olunacağı gözlənilir.

Qeyd edək ki, “F-35” təyyarələrinin yoxlanılması barədə qərar sentyabrın 28-də Cənubi Karolinada dəniz piyadaları korpusuna məxsus “F-35-M” təyyarəsinin qəzaya uğramasından sonra verilmişdi. Həmin qəzada pilot təyyarədən paraşütlə atılaraq sağ qalmışdı/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru