Qaşıqçının qardaşı ilə arvadının başını kəsdilər

11-10-2018, 22:33           
Qaşıqçının qardaşı ilə arvadının başını kəsdilər
Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna gedəndən sonra yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçının qardaşı Əhməd Qaşıqçı və həyat yoldaşı Ciddədə qətlə yetirilib.

Teref.az xəbər verir ki, bu barədə Beyrutda nəşr olunan "Diyar” qəzeti məlumat yayıb.

Məlumata görə, Camal Qaşıqçının qardaşının evinə gələn maskalı və əli qılıncı şəxslər onu və arvadını doğrayaraq öldürüb. Əhməd Qaşıqçının qonşuları bildiriblər ki, evə gələn naməlum şəxslərin əlində qılınclar olub. Onlar Əhməd və həyat yoldaşının başını qılınca kəsiblər. Onların üç övladı isə qaçaraq qonşuların evinə sığınıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər ər və arvadı öldürdükdən sonra cəsədlərini aparıblar. Daha sonra evə polislər gəlib və səhərə qədər araşdırma aparıblar. Polislər evin qapısını dəmir bloklarla bağlayaraq, kimsənin yaxınlaşmasına icazə vermirlər.(modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru