Başqırdıstan Respublikasının rəhbəri vəzifəsindən azad edilib

12-10-2018, 07:11           
Başqırdıstan Respublikasının rəhbəri vəzifəsindən azad edilib
Rusiya prezidenti Vladimir Putin Başqırdıstan Respublikası rəhbəri Həmidov Rüstəm Zəkiyeviçin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda R.Həmidovun öz istəyi ilə vəzifədən getdiyi bildirilir.

Rusiya prezidentinin digər fərmanı ilə Xəbirov Radi Faridoviç Başqırdıstan Respublikasının yeni rəhbəri seçilənədək onun vəzifələrinin müvəqqəti icraçısı təyin olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru