Rusiya Federal Təhlükəsizlik Xidməti Tatarıstanda əməliyyat keçirdi –Hakimiyyəti devirmək istəyən qüvvələr həbs olundu

12-10-2018, 07:26           
Rusiya Federal Təhlükəsizlik Xidməti Tatarıstanda əməliyyat keçirdi –Hakimiyyəti devirmək istəyən qüvvələr  həbs olundu
Hizbut-Təhrir qruplaşmasının Rusiya üzrə rəhbəri və digər region liderləri Tatarıstanda ələ keçirilib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilib.

Qruplaşma liderlərinə yönəlik əməliyyatda Daxili İşlər Nazirliyinin və Milli Qvardiya bölmələrinin də iştirak etdiyi bildirilib.

Məlumatda qeyd edilib ki, dünyəvi xilafət qurmaq doktrinası üzrə hərəkət edən sözügedən şəxslər Rusiyada suveren dövləti məhv etmək yönündə Konstitusiyaya zidd fəaliyyətdə olublar/Axar.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru