Melaniya Tramp dünyada ən çox ələ salınan insan olduğunu deyib
12-10-2018, 07:44
ABŞ-ın birinci xanımı Melaniya Tramp özünün dünyada ən çox ələ salınan insan olduğunu deyib.
Open.az xəbər verir ki, Tramp Afrikada ikən ABC News-a müsahibəsi zamanı kiberaaşağılamalara nəyə görə problem kimi baxdığı sualına cavabında belə deyib.
"Onlardan biri insanların mənim haqda nə dedikləridir ", Tramp bildirib.
Melaniya ilk dəfə kibertəhqirlər haqda həyat yoldaşının 2016-cı il seçkiqabağı kampaniyaları zamanı danışmışdı.
Tənqidçilər Donald Trampın insanların istedadı, intellektuallığı və görünüşləri haqda dediklərini önə çəkərərk, onun kampaniyasını ikiüzlülük kimi qiymətləndirmişdi.
Birinci xanım iki ilə yaxındır ki, hazırkı administrasiya və Ağ Evdə etibar etmədiyini insanların hələ də çalışdığını deyib.
“Bəziləri artıq orada çalışmır” - deyə, Melaniya ABC-yə bildirib