Lukaşenko Putini “QAZ-69″da gəzdirib –Doğulduğu evə aparıb (FOTO)

13-10-2018, 07:37           
Lukaşenko Putini “QAZ-69″da gəzdirib –Doğulduğu evə aparıb (FOTO)
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.

“Report”un məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, A.Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini “QAZ-69” avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.

Bundan əlavə, Lukaşenko Rusiya Federasiyasının rəhbərini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.

Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru