Ukraynada S-300 sistemlərini sınaqdan keçiriblər! – NATO qırıcılarının köməyilə

13-10-2018, 07:59           
Ukraynada S-300 sistemlərini sınaqdan keçiriblər! – NATO qırıcılarının köməyilə
Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail Ukraynada S-300 sistemlərinin sınaqdan keçirilməsi imkanı əldə ediblər. Bu barədə Vyetnamın «Soha News» portalı yazıb.

Nəşr qeyd edir ki, bu məqsədlə ABŞ Ukraynaya 18 ədəd 4-cü nəsil F-15 təyyarəsi, mobil radiolokasiya stansiyası (36D6M1-1), Rusiya sistemlərinin hazırlanmasında istifadə olunmuş texnologiyalar göndərib.

Portalın məlumatına görə, ABŞ və İsrailin birgə nümayəndə heyəti bu yaxınlarda Ukraynaya səfər edib və orada bir sıra ən mühüm silahlarla, o cümlədən, S-300 raket kompleksi ilə tanış olub. Ukraynalı mütəxəssislər nümayəndə heyətinin üzvlərinə ölkənin sərəncamında olan silahların taktika-texniki xarakteristikası barədə danışıblar və Ukraynaya ABŞ və İsrail qırıcılarının göndərilməsini təklif ediblər.

Keçirilən təlimlərin gedişində sistemin imkanları qiymətləndirilib və qeyd edilib ki, onlar «Rusiyanın Suriyaya verdiyi sistemlərin modifikasiyasından (S-300PMU2) prinsipial olaraq fərqlənmirlər».

KİV-lər qeyd edirlər ki, Ukraynada keçirilən bu təlimlər «Suriyadakı Rusiya HHM sisteminin yaratdığı təhükəyə ABŞ və İsrailin cavab reaksiyasıdır».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru