AŞ PA-nın 25 üzvü Rusiya deputatlarından qorunmaq üçün xüsusi geyim istədi - ŞOK...

13-10-2018, 09:07           
AŞ PA-nın 25 üzvü Rusiya deputatlarından qorunmaq üçün xüsusi geyim istədi - ŞOK...
Bu gün AŞPA-da bir qrup parlamentari tərəfindən qeyri-adi qətnamə imzalanıb. Yəqin AŞPA tarixində belə bir qətnamə ilk və son qətnamə olacaq.

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Avropa Şurası Parlament Assambleyasının 25 üzvü Rusiyanın AŞPA-ya qayıtdığı halda kimyəvi maddələrdən qorunmaq üçün xüsusi geyimlər ayrılması haqqında qətnamə imzalayıb”.

Qətnaməni Ukrayna, Gürcüstan, Estoniya, Böyük Britaniya, İsveç və Finlandiya nümayəndə heyəti imzalayıb. Böyük Britaniyada Skripalların zəhərlənməsində Rusiya tərəfi ittiham olunduğundan deputatlar rəsmi Moskvaya etiraz əlaməti olaraq bu qətnaməni imzalayıblar.

Xatırladaq ki, Rusiya 2014-cü ilin aprelində Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra AŞPA Rusiyanı səsvermə hüququndan məhrum edib. Moskva həmçinin assambleyanın rəhbər strukturlarında, eləcə də seçkilərin müşahidəsində iştirakdan məhrum olunub. İki gün öncə AŞPA-da Rusiyanın Assambleyanın iclaslarına qatılmasının əleyhinə səs verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.