Moskvanın növbəti hədəfi: Kreml Lukaşenkonu devirir

13-10-2018, 11:55           
Moskvanın növbəti hədəfi: Kreml Lukaşenkonu devirir
Kreml Belarusun işğalından Putinin Rusiyada hakimiyyətinin davam etdirilməsi üçün istifadə edə bilər. Ona görə də iki ölkə arasında gələn il münasibətlərin pozulacağını gözləmək mümkündür.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Vladislav İnozemçev deyib.

“Belarus Kremlin bundan sonrakı aqressiyası üçün ən uyğun namizəddir. Bunun üçün bir neçə səbəb var. Öncə Rusiya Belarusla İttifaq dövləti daha da yaxınlaşdıra bilər. Digər tərəfdən isə Rusiya Belarus iqtisadiyyatını qorumaqdan ötrü ildə 7-8 milyard dollar xərcləyir. Üstəlik, Kremllə Minsk arasında inciklik də mövcuddur. Məsələn, Rusiyanın pullarını götürən Belarus bunun qarşılığında Moskvanın arzularını, xüsusilə Abxaziya və Cənubi Osetiya ilə bağlı arzularını yerinə yetirmir. Əgər Moskva Belarusda illərdir davam hakimiyyətə son qoymaq istəsə, heç bir NATO üzvü Avropanın son diktatoruna dəstək nümayiş etdirməyəcək” – deyə o bildirib.

Onun sözlərinə görə, Belarusa aqressiyanın əsas məqsədi 2024-cü il seçkisi ərəfəsində Putin üçün yeni legitimliyin yaradılmasıdır:

“Artıq Rusiyada Lukaşenkoya onun hakimiyyətinin əbədi olmayacağını başa salıblar. Minskə hətta Rusiya konsuluna geniş səlahiyyətlər verilib. Soçidə 21 sentyabrda baş tutan görüşdə Belarus nümayəndə heyəti bir dənə də iqtisadi güzəştə nail ola bilmədi. Lukaşenkonun öz vəzifəsindən getməklə bağlı kiçik də olsa arzusu yoxdur. Ona görə də destabilizasiya üçün yeganə şans 2020-ci il seçkisidir və Moskva bundan istifadə etməyə tələsəcək. Mənə elə gəlir ki, Belarus ətrafında gələn il gözlənilmədən eskalasiya yaradılması üçün bütün əsaslar var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.