Jirinovski hərbi sirri canlı yayımda ağzından qaçırdı - Yeni təlxəklik ya həqiqətən.....Video

14-10-2018, 22:02           
Jirinovski hərbi sirri canlı yayımda ağzından qaçırdı -  Yeni təlxəklik ya həqiqətən.....Video
Rusiya “S-600” və “S-700” hava hücumuna qarşı müdafiə komplekslərinə malikdir.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski oktyabrın 11-də “Vladimir Solovyevlə axşam” tok-şousunun efirində bildirib.

O, Rusiyanın “S-300” zenit raket sistemlərinin Suriyaya çatdırılmasının diplomatik nəticələri haqqında danışıb.

“Amerikalılar bütovlükdə qorxurlar ki, bütün dünya onların ən yaxşı müdafiə sistemləri olduğunu görəcək. Və bizdə “S-400”, “S-500”, “S-600” və “S-700” var. Bütün planeti bağlaya bilərik və heç bir təyyarə havaya qalxmayacaq”, - siyasətçi deyib.

Parlament üzvünün bəyanatı gülüş və zarafatlarla qarşılanıb. Xüsusi halda aparıcı Vladimir Solovyev ona məsləhət görüb ki, təsadüfən bütün sirləri vermək lazım deyil.

“Siz birdən “S-1500” qorxunc sistemdən danışacaqsınız”, - aparıcı bildirib.

”S-700” hələ son deyil”, - liberal demokratların lideri cavab verib.

Qeyd edək ki, hazırda Rusiyada bu komplekslərin yeni nəsli olan “S-500” (“Prometey”) üzərində iş gedir. “S-600” və “S-700” komplekslərinin yaradılması haqqında heç bir informasiya yoxdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru