Tramp rahibə “Türkiyəyə yenidən gedərsənmi?” dedi, gözləmədiyi cavabı aldı –Ovalda maraqlı dialoq

15-10-2018, 07:48           
Tramp rahibə “Türkiyəyə yenidən gedərsənmi?” dedi, gözləmədiyi cavabı aldı –Ovalda maraqlı dialoq
Xəbər verildiyi kimi, Türkiyədə həbsdən buraxılan rahip Branson bu gün ABŞ-da prezident Trampla Oval ofisində görüşüb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, görüşdə Trampla rahib arasında Türkiyə ilə bağlı maraqlı dialoq yaşanıb.

Branson əvvəlcə Trampa azadlığı üçün atdığı addımlara görə xüsusi təşəkkür edib: “Sizinlə yanaşı, dövlət katibi Pompeoya, vitse-prezident Mayk Pensə, cənab Boltona, konqres üzvlərinə təşəkkür edirəm”.

Bu zaman Trampın Bransona “Səndən yenidən Türkiyəyə gedərsənmi deyə soruşmaq belə istəmirəm”, – deyə xitab edib. Lakin gözləmədiyi cavab alıb: “Orada 25 il yaşadım, türk xalqını çox sevirəm”.

Rahib Bransonun bu cavabından sonra Tramp da türkləri tərifləyib: “Türklər yaxşı insanlardır, onları çox sevirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.