Şahzadə Harri və Meqan Markl az qala təyyarə ilə qəzaya uğrayacaqmışlar

15-10-2018, 08:11           
Şahzadə Harri və Meqan Markl az qala təyyarə ilə qəzaya uğrayacaqmışlar
Şshzadə Harri və onun xanımı Meqan Marklın olduğu "Dassault Falcon 7X" təyyarəsini Niderlanda uçan zaman ildırım vurub.

Trend-in məlumatına görə, insident sentyabr ayının sonunda şəhzadə və onun xanımı Amsterdama gizli tədbirə getdikləri zaman baş verib.

30 milyon volt gücündə ildırım təyyarənin naviqasiya sistemindən bir neçə santimetr aralıya vurub. Bununla belə, təyyarə Amsterdamın Sxiphol hava limanında uğurla eniş edib.

Enişdən sonra təyyarə təmitə göndərilib, şahzadə Harri və Meqan Markla başqa təyyarə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru