Ağsuya yeni başçı göndərilir - "Seyidəliyevlər xanədanı" yıxılır...

18-10-2018, 12:16           
Ağsuya yeni başçı göndərilir - "Seyidəliyevlər xanədanı" yıxılır...
Gələn həftə Ağsu rayon icra hakimiyyətinin başçısı dəyişdirilir. Bu barədə DİA.AZ-a raypndakı qaynaqlar informasiya verib.

Qeyd edək ki, buna qədər də ilk olaraq DİA.AZ portalı Ağsunun icra başçısı Ənvər Seyidəliyevin yaxın günlərdə görəvdən alınacağını xəbər vermişdi. Bildirək ki, Seyidəliyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun dayısıdır.

DİA.AZ-a danışan mənbə bildirir ki, Ənvər Seyidəliyev məhz bacısı oğlunun hədəfə çevrilməsi səbəbindən çıxdaş olunur: "Bu gün Ağsu tamamən Seyidəliyevlərin əlindədir. Yəni bir dinastiyanın sonu çatmaq üzərədir".

Mənbə onu da əlavə edib ki, Səlim Müslümov bu vaxta qədər dayısına toxunulmaması üçün əlindən gələni edib və etməkdədir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru