Yerli icra hakimiyyətlərinə əlavə səlahiyyət verildi - FƏRMAN

31-10-2018, 07:30           
Yerli icra hakimiyyətlərinə əlavə səlahiyyət verildi - FƏRMAN
Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Teref.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. Aşağıdakı məzmunda 3.12.4-1-ci, 3.12.4-2-ci və 4.12.3-1-ci yarımbəndlər əlavə edilsin:

“3.12.4-1. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasının formalaşdırılmasını və daim yenilənməsini təmin edir;

3.12.4-2. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin edir;”;

“4.12.3-1. məktəbəqədər təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək;”.

2. 4.18.1-ci yarımbənddə “bəndində” sözü “yarımbəndində” sözü ilə əvəz edilsin.

3. 4.18.2-ci yarımbəndə “4.11.17-ci,” sözlərindən sonra “4.12.3-1-ci,” sözləri əlavə edilsin və həmin yarımbənddə “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru