İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasında dəyişiklik –Təyinatlar

31-10-2018, 07:32           
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasında dəyişiklik –Təyinatlar
Prezident İlham Əliyev İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanı İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvlüyündən azad edib.

Prezident İlham Əliyev onun əvəzinə İqtisadiyyat nazirinin digər müavini, iqtisad elmləri doktoru, professor Şirzad Əyyub oğlu Abdullayevi təyin edib.

Prezidentin sərəncamı ilə Maliyyə nazirinin müavini Emin Zamin oğlu Hüseynov da Şura üzvlüyündən azad edilib, onun yerinə Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə təyin edilib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru