Prezident sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərmanda dəyişiklik edib

10-04-2019, 18:04           
Prezident sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərmanda dəyişiklik edib
Preizdent İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, yoxlamaların dayandırılması sahibkarlıq sahəsində gömrük auditinə də şamil edilməyəcək.

Müddəa indiyədək isə belə idi: “Bu Fərmanın müddəaları vergi yoxlamalarına, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həyata keçirilən yoxlamalara şamil edilmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru