Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyəti artırılıb - FƏRMAN

10-04-2019, 18:08           
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyəti artırılıb - FƏRMAN
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyəti artırılıb.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnaməyə görə, indiyə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələri sırasına daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək əlavə olunub. Dəyişikliyə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu sahədə vəzifəsi artırılıb. Başqa sözlə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bunan sonra daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparacaq və ipoteka kağızına mülkiyyət hüququnu rəsmiləşdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru