Daha bir Qarabağ əlili 1-ci vitse-prezidentə müraciət etdi - Müraciət
2-05-2019, 11:55
Teref.az olaraq 2-ci qrup Qarabağ əlilinin Mehriban xanım Əliyevaya müraciətini təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.
HÖRMƏTLİ MEHRİBAN XANIM ƏLİYEVAYA.
SÜRƏTİ :
Azərbaycan Respublikası Müdafiə Naziri.
Cənab Zakir Həsənova.
Silahlı Qüvvələrin Baş Qərargah Rəisi.
Cənab Nəcmmədin Sadıqova.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə.
Xocalı şəhərində qeydiyyatda olan, Xəzər rayonu, Şüvəlan qəsəbəsi S. Vurğun küçəsi 72, Dostluq istirahət sanatoriyasında müvvəqəti məskunlaşan 2-ci qrup Qarabağ müharibə əlili, Abbasov Ədalət Cəfər oğlu tərəfindən.
Ə r i z ə
Bildirmək istəyirəm ki, iki il Sovet Ordusunda xidmət etmişəm. 1991-ci ilin fevral ayından 1992-ci ilin fevral ayının 29-dək 817 saylı hərbi hissədə (Xocalı şəhər özünümüdafiə dəstəsinin tərkibində), Xocalı şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm.
Hal-hazırda 2-ci qrup Qarabağ müharibə əlilləm.
15.02.2019-cu ildən etibarən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Pensiya Təminat Şöbəsinə müraciət edirəm, müraciətimə cavab verilmir, mənə qarşı süründürməçilik edilir, sənətlərim aidiyyatı üzrə həmişəki kimi polkovnik leytenant Roman Patenko tərəfindən icra edilmir.
Hörmətli dövlət və idarələrin rəhbər vəzifəli şəxsləri mən bilirəm ki, həmin şöbədən məni kimi olan minlərlərə müharibə əlillərinə hərbi qüllüqçu kimi pensiya təyin edilmişdir, necə ola bilər bu şöbə onu görmür, mənə qarşı bu kimi haqsızlığa və ədalətsizliyə yol verilir.
Belə ki, nəzərinizə çatdırmaq istəyirəm ki, mənim bütün aidiyyatı sənətlərim, Maliyyə və Büdcə İdarəsinə təqdim edilib, lakin icra edilmir, mən isə məcbur qalıb lüzumsuz məhkəməyə müraciət etmişəm.
Sizdən xahiş edirəm ki, bu haqsızlığa son qoyasınız, mənə hərbi qulluqçu kimi pensiya təyin edilməsi məqsədi ilə şəxsi işimin istənilməsi üçün SHXÇDX-nə və SHXÇDX-nin Xocalı şəhər şöbəsinə sorğu göndərəsiniz və pensiya təyin olunması üçün müəyyən olunmuş qaydada “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə təqdim edilməsinə köməkdarlıq edəsiniz.
02.05.2019-cu il. İmza: Abbasov Ədalət Cəfər oğlu.
Teref.az