Təhsil naziri: “Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb“

7-05-2019, 19:21           
Təhsil naziri: “Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb“
“Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb”

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycanın təhsil standartları qanunvericiliyinə əsasən, orta məktəblərdə din fənninin tədrisi nəzərdə tutulmayıb: “Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dini tədrisi deyil. Müxtəlif dinlərlə bağlı məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də “Həyat bilgisi” dərsliyində rast gəlmək mümkündür”.

C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: “2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru