İlham Əliyevi Avropada aksiya ilə qarşıladılar - Foto

13-05-2019, 23:03           
İlham Əliyevi Avropada aksiya ilə qarşıladılar - Foto
Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin qarşılanması və ona dəstək aksiyası keçirilib.

Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmisiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və sair şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da Prezident İlham Əliyevə daim dəstək olacaqlarını bildiriblər. \\Yeni Sabah













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru