“Çudo-Peçka”dan əhaliyə qida “terror”u

22-04-2015, 15:21           
“Çudo-Peçka”dan əhaliyə qida “terror”u
Azərbaycanın qənnadı mağazaları və ayaqüstü yeməkxanalarında rüsvayçı şərait hökm sürür.

Tia.az-a müraciət edən bir qrup vətəndaş şikayət edir ki “Çudo Peçka” restoranları köhnəlmiş, qalmış, xarab yeməkləri qızdırıb satır.
Peraşki, qutab, şirniyyatlar köhnə qalan məmulatlar olur. Artıq dəfələrlə şikayət olunmasına baxmayaraq, şəraitin yaxşılaşdırılması üçün bir iş görülmür. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkarlamışdı.
"Çudo Peçka"nın "hədəfləri" 80 faizə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti şəbəkədə "sirr" kimi qorunur.
Xüsusilə isti yay günlərində kremli məhsulların yararlılıq müddəti vacib hesab edildiyindən tortlarla bağlı vəziyyət daha acınacaqlıdır. Tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi məhsulun üzərində göstərilmir.
Halbuki, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. “Çudo Peçka” şirniyyat, qənnadı mağaza-kafelər şəbəkəsinin mağazalarında isə tortlar 10 gündən artıq saxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.