DƏHŞƏT: 5-ci sinif şagirdi dərs zamanı çəkiclə müəllimin başını yardı - VİDEO
18-04-2025, 17:18
Moskva vilayətinin Lyubertsı şəhərində beşinci sinif şagirdi dərs zamanı riyaziyyat müəlliminin başına çəkiclə zərbə endirib.
Bizim.Media xəbər verir ki, Mirnı kəndindəki 51 saylı məktəbdə baş verib.
69 yaşlı müəllim 5A sinfində dərs keçərkən lövhəyə yaxınlaşdıqda 13 yaşlı Timur (ad dəyişdirilib) birinci partadan sıçrayaraq məktəb çantasından çəkic çıxarıb və qadının başına vurub. Daha sonra şagird qaçaraq sinifdən çıxıb.
Müəllim dərhal təcili yardımın köməyilə xəstəxanaya yerləşdirilib. Onun zərbədən sonra beyin silkələnməsi, kəllə-beyin travması və baş nahiyəsində kəsikləri əmələ gəlib.
Hadisəni törədən azyaşlı valideynlərinin iştirakı ilə polis idarəsinə çağırılıb.
Məlumata görə, şagird dərsə çəkiclə yanaşı, bıçaq da aparıbmış.
Hadisənin törədən şagird məktəbdən qaçmağa çalışarkən sinif yoldaşları ona mane olmağa çalışıblar. Həmin anlar isə məktəbin müşahidə kameraları vasitəsilə lentə alınıb.